BNB Akademiya BNB DYNAMICS hal-hazırda Azərbaycanın robototexnika və süni intellekt sahəsində işləyən ilk və yeganə şirkətidir. Şirkət 2018-ci ildə ölkəmizdə istehsal olunmuş və doğma dilimizdə danışan ilk yerli robotu, Bibotu hazırlamışdır. Bizə qoşulmaqla siz təcrübəli mütəxəssislərimizdən bu texnologiyaları öyrənmək imkanı əldə edəcəksiniz. Hər bir tələbə kursu uğurla tamamladıqdan sonra Bibot kimi humanoid robotu hazırlamaq üçün lazım olan nəzəri və praktiki biliklərə sahib olacaq.

BİZİMLƏ SİZ NƏLƏRİ ÖYRƏNİRSİNİZ?
Robot mühəndisliyi
Maşın öyrənməsi ML və süni intellekt Aİ
3D modelləşdirmə və simulasiya
Sürətli prototipləşdirmə və 3D çap
Elektronika və mikrokontrollerlər

İLK ROBOT LAYİHƏNİZİ ÖZÜNÜZ REALLAŞDIRIN
Dərslərimizdə robotların dizaynı, modelləşdirilməsi və proqramlaşdırılması üçün lazım olan təcrübəni qazanmaq üçün bir neçə robot layihələri üzərində çalışacaqsınız. Layihələrinizin uğurla bitirilməsi kursumuzun əsas məqsədlərindən biridir və bu səbəbdən mütəxəssislərimiz sizi lazım olan bütün materiallarla təmin edəcək.

HƏQİQİ HUMANOİD ROBOTUN HAZIRLANMASINDA İŞTİRAK EDİN
Biz robotların hazırlanması üçün tam nəzəri və praktiki tədris planı hazırlamışıq. Bu tədris planı sonda sizə mürəkkəb bir humanoid robotun hazırlanmasında yardımçı olacaq. Kurs zamanı siz dünyadakı robot mühəndislərinin üzləşdiyi real problemlərlə qarşılaşacaq və onların həll yolları ilə tanış olacaqsınız.
Müəllimlər
Paşa Binyatov Robototexnika
Mehman Camalov 3D Modelləşdirmə və çap
Mirəli Rafiyev Frontend Proqramlaşdırma